Gürcüstan tərəfi Ukraynaya müraciət edərək Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ekstradisiyasını tələb edib.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə nazirinin müavini Sergey Petuxov məlumat verib.
Tbilisi Prokurorluğu Saakaşvilinin qanunla mühakimə olunacağını və Ukraynanın razılığı olmadan üçüncü tərəfə verilməyəcəyini açıqlayıb.