Modern.az

Zakir Həsənov polşalı həmkarı ilə müzakirə apardı

Zakir Həsənov polşalı həmkarı ilə müzakirə apardı

5 Sentyabr 2017, 20:03

Polşaya səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də bu ölkənin Milli Müdafiə naziri cənab Antoni Maçereviçlə görüşüb.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi texniki sahələrdə əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Regiondakı və beynəlxalq hərbi-siyasi vəziyyətə toxunan tərəflər bölgədə və dünyada sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayaraq sıx əməkdaşlığın ölkələrimizin təhlükəsizliyinə və inkişafına töhfə verəcəyini xüsusi qeyd ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi