Abşeronda 9 ay əvvəl mağazadan oğurluq etmiş şəxs tutulub.
Bu haqda Modern.az saytına Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 16-da rayon ərazisindəki mağazalardan birindən 35.000 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Qadir Əliyev tutulub.
Faktla bağlı araşdırma aparılır.