“Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Qurultayının keçirilməsinin vaxtı hələ qeyri-müəyyəndir. Hazırlıq işləri demək olar ki, yekunlaşıb. Yaz-yay mövsümü qurultayın keçirilməsinin ləngiməsinə müəyyən qədər səbəb olsa da, payız aylarında, yaxud da ilin sonunadək ola bilsin bu baş tutsun”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi şurasının üzvü Əli Orucov deyib.
“Etibar Məmmədov partiyanın yenidən sədrliyinə qayıtması gözlənilirmi? sualına isə Əli Orucov belə cavab verib:
“Etibar Məmmədov partiyadan istefa verməyib. O,sədrlikdən istefa verib və hazırda partiyanın lideri statusunu daşıyır. Etibar bəy yenidən sədrliyə qayıtması isə gözlənilmir”.
Qeyd edək ki, Yusif Bağırzadə 2015-ci ilin oktyabrında AMİP sədrliyindən istefa verib. Həmin vaxtdan bu yana partiya sədrsiz qalıb.