Modern.az

Bakıda ər arvadının boğazını kəsdi

Bakıda ər arvadının boğazını kəsdi

6 Sentyabr 2017, 16:03

Bakıda kişi həyat yoldaşının boğazını kəsib.

 

Hadisə Xəzər rayonunda baş verib. Rayonun Şüvəlan qəsəbəsində yaşayan, 1973-cü il təvəllüdlü Ağayev Əfqan Teymur oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ağayeva Lalə Eduard qızını bıçaqlayıb.

 

Ə.Ağayev həyat yoldaşının başını kəsməyə cəhd edib və boğaz nahiyəsindən bıçaqlayıb. Qadının yaxınlarının köməyi ilə yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.

 

3 saylı şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumata görə, əməliyyat olunan L. Ağayevanın vəziyyəti ağır qiymətləndirilsə də, sabitləşib.

 

Hadisəni törədən Ə.Ağayev saxlanılıb.

 

Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi