Modern.az

Qayın qardaşı arvadını bıçaqlayıb

Qayın qardaşı arvadını bıçaqlayıb

Aktual

6 Sentyabr 2017, 20:33

Lənkəran rayonunda qayın qardaşı arvadını bıçaqlayıb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şovu kəndində baş verib.

 

Kənd sakini Nüsrətov Rəşad Müqabil oğlu Rusiyaya işləməyə gedən qardaşının həyat yoldaşı 25 yaşlı Məmmədova Bahar Fərman qızına bıçaqla xəsarətlər yetirib. Çoxlu qan itirən yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. R.Nüsrətov saxlanılaraq istintaqa cəlb olunub. Hadisənin qısqanclıq zəminində baş verdiyi deyilir.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi