Modern.az

ATV yeni verilişini təqdim etdi

ATV yeni verilişini təqdim etdi

Aktual

7 Sentyabr 2017, 00:13

“Azad Azərbaycan” televiziyasında yayımlanacaq “Məlahətli söhbətlər” verilişi ilə bağlı mətbuat konfransı keçirilib.

Modern.az xəbər verir ki, media nümayəndələri ilə görüşdə verilişin aparıcısı – Türkiyədə yaşayan tanınmış azərbaycanlı aktrisa Məlahət Abbasova, ATV-nin İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov və Türkiyəli müğənni Petek Dinçöz iştirak edib.

Türkiyəli və azərbaycanlı məşhurların iştirak etdiyi veriliş hazırlamağın çoxdankı arzusu olduğunu qeyd edən Məlahət Abbasova bu təşəbbüsün gerçəkləşməsində Mədəniyyət və Turizm Nazirliyinin xüsusi rolu olduğunu vurğulayıb.

Turan İbrahimov verilişdə Məlahət Abbasovanın Türkiyə və Azərbaycan türkcəsi ilə danışacağını qeyd edib. O, bunun səbəbinin layihənin “Bir millət, iki dövlət” devizi ilə təqdim olunması ilə əlaqələndirib.

Müğənni Petek Dinçöz isə Bakını çox sevdiyini, təşkilatçılardan təklif gələrsə, konsert verəcəyini də bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi