Modern.az

Tovuzda 49 yaşlı qadın qaynar suda yandı

Tovuzda 49 yaşlı qadın qaynar suda yandı

7 Sentyabr 2017, 10:50

Tovuz rayonunda qadın ehtiyatsızlıqdan yanıb.

 

Hadisə sentyabrın 6-da gecə saatlarında rayonun Cilovdarlı kəndində qeydə alınıb. Kənd sakini, 1968-ci il təvəllüdlü Qiyafət İslam qızı Rzayeva ev işləri görərkən ehtiyatsızlıqdan üzərinə qaynar su tökülüb. Qadın yaxınlarının köməyi ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Xəstəxanadan Trend-ə verilən məlumata görə, qadının vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisə nəticəsində qadının bədəninin 15 faizi yanıb. Ona ikinci dərəcəli texniki yanıq diaqnozu qoyulub.

 

Q.Rzayeva hazırda xəstəxananın travmatologiya şöbəsində müalicə alır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi