Modern.az

Allahşükür Paşazadə II Qareginlə görüşəcək

Allahşükür Paşazadə II Qareginlə görüşəcək

7 Sentyabr 2017, 15:02

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti bu gün Moskvaya gedib.

 

QMİ-dən APA-ya verilən məlumata görə, səfər sentyabrın 9-da başa çatacaq.

 

Səfər çərçivəsində sabah Moskvada bütün Rusiyanın və Moskva patriarxı Kirillin təşkilatçılığı ilə Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qaregin arasında görüş olacaq.

 

A. Paşazadənin Moskvada digər görüşləri də nəzərdə tutulub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi