Modern.az

Müğənni İzzət Bağırovun “beşbarmaq”la adam vuran işçisi niyə azadlığa buraxıldı? - FOTO  

Müğənni İzzət Bağırovun “beşbarmaq”la adam vuran işçisi niyə azadlığa buraxıldı? - FOTO   

7 Sentyabr 2017, 15:51

Avqustun 31-də paytaxtın Nizami rayonunda yerləşən "Neolit" şadlıq evində müğənni İzzət Bağırovun işçilərinin döydüyü şəxsdən xəbər var. Həmin gün İzzət Bağırovun Elçin adlı işçisi məclis iştirakçılarından olan Aslanov Novruza "beşbarmaq"la zərbələr endirib.

Novruz Aslanovun ailəsi Femida.az-a mətbuatda yayılan məlumatların bir qisminin həqiqəti əks etdirmədiyini deyib.

Eyni zamanda, ailə üzvlərinin iddialarına görə, Novruz Aslanının başına zərbələr endirən Elçin polis tərəfindən sərbəst buraxılıb.

"Novruzun başına küt alətlə zərbələr endirən Elçini xəstəxananın həyətində gördük. Onun azadlığa necə buraxıldığını başa düşə bilmirik", - ailə üzvləri bildiriblər.

Modern.az saytının əməkdaşı  İ.Bağırovun prodüseri Elçinin sərbəst buraxılması xəbərini dəqiqləşdirmək və səbəblərini öyrənmək üçün Nizami rayon Polis İdarəsi ilə əlaqə saxlayıb.


Polis idarəsinin əməkdaşı  əvvəlcə hadisəni araşdırıb məlumat verəcəyini bildirsə də, daha sonra bu barədə danışmağa icazələri olmadığını qeyd edib. Polis idarəsindən bildirilib ki, davam edən istintaq haqqında məlumat verilməsi mümkün deyil.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi