Modern.az

Azərbaycan Afrikada təhsilə 1,5 milyon dollardan çox pul ayırıb

Azərbaycan Afrikada təhsilə 1,5 milyon dollardan çox pul ayırıb

7 Sentyabr 2017, 16:07

Azərbaycan dörd Afrika ölkəsində qızların təhsili üzrə YUNESKO layihəsinə 1,5 milyon dollardan çox vəsait ayırıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəliyinin “Twitter” səhifəsində yazılıb.

 

Layihə Keniya, Tanzaniya, Uqanda və Liberiyanı əhatə edir.

 

Qeyd edək ki, Azərbaycan YUNESKO-nun donorlarından biridir. 2013-cü ildə Azərbaycanla bu qurum arasında imzalanmış çərçivə sazişinə əsasən ölkə Afrikada qızların təhsili üzrə layihəni maliyyələşdirir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi