Modern.az

Azərbaycanda müəllimlərə bəzək əşyalarından istifadə etməmək tövsiyə olundu

Azərbaycanda müəllimlərə bəzək əşyalarından istifadə etməmək tövsiyə olundu

7 Sentyabr 2017, 16:18

Balakən rayon Təhsil Şöbəsi rayonda çalışan müəllimlərə vahid geyim forması tələbi qoyulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Təhsil Şöbəsindən APA-ya verilən xəbərə görə, ötən gün bəzi kütləvi informasiya vasitələrində Zaqatala və Balakən rayonlarındakı ümumtəhsil məktəblərində müəllimlərə vahid geyim forması tələbi qoyulması barədə məlumat yer alıb. Məlumatda qeyd olunub ki, tələbə əməl etməyənlər dərsə buraxılmayacaq.

 

Bununla bağlı bildirilib ki, bu məlumat tamamilə yanlışdır, heç bir məktəbə belə tələb qoyulmayıb. Direktorların və müəllimlərin iclasında müəllimlərin geyimlərinin vahid formada deyil, pedaqoji fəaliyyətə uyğun olması barədə tapşırıq verilib, şagirdlərin fikrini yayındırdığına görə bəzək əşyalarından istifadə etməmək tövsiyə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi