Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.
Mədəni-humanitar qurumlar, QHT-lər, eləcə də dövlət təşkilatları, elmi müəsssisələr bu istiqamətdə nə kimi işlər görməyi planlaşdırır?
Modern.az silsilə şəklində aiddiyyatı orqan və mədəni-humanitar təşkilatların “AXC-100” mövzusunda görəcəyi işlərlə bağlı ictimaiyyəti bilgiləndirməyə çalışacaq.
Həmçinin, ayrı-ayrı ziyalılar, araşdırmaçı, tarixçi və yaradıcı adamların da bu yöndə hər hansı iş görmələri böyük maraq doğurur.
Bu dəfə Azərbaycan Bəstəkatlar İttifaqının “AXC-100”lə bağlı görəcəyi işlərlə tanış olmaq istədik. Qurumdan verilən məlumata görə, İttifaq hazırda Üzeyir Hacıbəyli adına Beynəlxalq Festvala hazırlıqlarla məşğuldurlar. AXC-100-lə bağlı isə müzakirələr aparılır:
“Hələlik belə bir tədbirlər nəzərdə tutulmayıb. Hazırda bu istiqamətdə danışıqlar gedir. Müəyyən müzakirələr aparılır. Nə kimi tədbirlərin keçiriləcəyi ilə bağlı müzakirələr edilir. Ona görə də hazırda sizə hər hansı dəqiq məlumat verə bilməyəcəyik. Bir-iki aydan sonra “AXC-100”lə bağlı tədbir və layihələr məlum olacaq”.
N.Nihad