Sentyabrın 10-da Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Polşa sərhəddindən Ukraynaya geri dönəcəyini elan edib. Ukrayna rəhbərliyi onun ölkə vətəndaşlığından məhrum etsə də, siyasətçi Kiyevə dönərək yenidən siyasi fəaliyyətə başlamağı hədəfləyib.
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Hikmət Cavadov Mixail Saakaşvilinin tərəfdarı kimi çıxış edib. O, Ukray a KİV-də gürcü siyasətçinin Kiyevə dönüşü ilə bağlı məqələ yazıb. Modern.az həmin məqaləni təqdim erdir.
“Bu bazar müasir Ukrayna tarixinin ən önəmli hadisələrindən biri kimi yadda qalacaq. Bu gündə, 10 sentybarda ölkədə müsbət dəyişikliklərə olan ümidlərimiz yenidən dirçələ bilər. Və məhz buna görə biz “Krakovets” sərhəd-keçid məntəqəsinə, bikliklərin rəmiz olan Mixail Saakaşvilini qarşılamağa gedirik. Bu ümidlər boş yerə yaranmayıb. Gürcüstanda real islahatların, dəyişikliklərin uğurlu nümunəsi var. Buna görə gürcülər hələ də Saakaşviliyə minnətdardır. Ukraynaya da lazım olan budur: gözəl vədlər və şüarlar yox, real islahatlar.
Biznesi rahat aparmaq üçün Ukraynanın islahatlara ehtiyacı var. Onun Gürcüstanda qazandığı uğurlar Saakaşvilinin islahatlar aparmaq qabiliyyətinin olmaması ilə bağlı iddiaları puça çıxardır. Ona görə Saakaşvilinin Ukraynaya dönəcəyinə inanıram. Bütün çətinliklərə baxmayaraq dönəcəyinə inanıram. Biz arıtq onun Ukrayna vətəndaşlığından məhrum edildiyini gördük. Onun Kiyevdə tam qanuni sənədlərlə yaşayan hüquqşünas qardaşı David Saakaşvilinin də həbs olunmasını gördük.
Saakaşvilini ölkəyə buraxmamaq üçün sərhədçilərdən ibarət “canlı divar”ın hörüldüyünü də görürük. Belə addımlar yalnız Saakaşvilinin və onun partiyasının reytinqini artırmağa xidmət edir. Beıə addımlar Saakaşvilinin tərəfdarlarını əmin edir ki, Ukraynanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə davam etmək lazımdır.