"Polşa Avropa İttifaqını tərk etməyi düşünmür". Modern.az xarici mediaya istinadən xəbər verir verir ki, bu barədə Polşanın Baş naziri Beata Şidlo açıqlama verib.
Baş nazir bildirib ki, bu məsələsinin müzakirəsinə heç vaxt razı olmayacaqlar: "Polşa Avropa İttifaqının daxilində islahatların həyata keçirilməsini zəruri hesab edir. Avropa İttifaqı daxilində həmrəylik, ümumi bazar və üzv ölkələrin daxili siyasətinin suverenliyinə yanaşma məsələlərində islahatlar keçirilməlidir".