Gürcüstanın Sameqrelo - Zemo Svaneti bölgəsində dağlıq ərazidə yerləşən Mestia şəhərinə ilk qar yağıb. Modern.az xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan"a Mestia rayon administrasiyasının rəhbəri Kapiton Jorjoliani məlumat verib.
K.Jorjoliani bildirib ki, Tetnuldi dağına qar yağıb: "Dəniz səviyyəsindən 3 min metr yüksəklikdə olan dağlar qarla örtülüb. Qar yağışı dünən gecədən başlayıb".