Avropa Şurasının Bakı ofisinə yeni rəhbər təyin edilib. Modern.az xəbər verir ki, bu barədə Şuranın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Avropa Şurasının baş katibi Turbyörn Yaqland bu vəzifəyə Zoltan Hernyesi təyin edib. Yeni səfir vəzifəsinin icrasına sentyabrın 14-də başlayacaq.
Qeyd edək ki, Zoltan Hernyes Macarıstandan olan təcrübəli diplomatıdır.