Modern.az

Tovuzdakı toyda 40-dək adam zəhərlənib - YENİLƏNİB

Tovuzdakı toyda 40-dək adam zəhərlənib - YENİLƏNİB

Aktual

8 Sentyabr 2017, 08:50

Tovuzda toyda 39 nəfər zəhərlənib. Modern.az xəbər verir ki, rayon Mərkəzi Xəstəxanasından APA-a bildirilib ki, sentyabrın 7-də Tovuz şəhərində yerləşən “Turan” şadlıq sarayında keçirilən toy şənliyi zamanı 39 nəfər zəhərlənərək xəstəxanaya müraciət edib. Onlardan 6-sı uşaq, qalanı isə böyük olub. Zəhərlənənlərin hamısına tibbi yardım göstərilib. Onlardan 26 nəfəri artıq evə buraxılıb, 13 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir. 

Zəhərlənmənin salatdan baş verdiyi ehtimal olunur.



***

Tovuzda kütləvi zəhərlənmə olub. Modern.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında 14 nəfər rayon Mərkəzi Xəstəxanasına müraciət edərək özlərini pis hiss etdiklərini deyiblər. Onlara tibbi yardım göstərilib: 

1983-cü il təvıllüdlü Vasif Həsənov

1984-cü il təvəllüdlü  Taleh Həsənov

1983-cü il təvəllüdlü Günay Hüseynova

1958-ci il təvəllüdlü Şahin Məmmədov

1984-cü il təvəllüdlü Zöhrab Məmmədov

2008-ci il təvəllüdlü Adilə Hüseynova

1984-cü il təvəllüdlü Elmir Məmmədov

1990-cı il təvəllüdlü Akif Bağırov

2001-ci il təvəllüdlü Gülnar Hüseynova

1959-ci il təvəlüldlü Elmira Qasımov

1989-cu il təvəlüldlü Gültəkin Məmmədova

1967-ci il təvəllüdlü Növrəstə Məmmədova

1980-ci il təvəllüdlü Məhbubə Aslanova

1990-ci il təvəllüdlü Samirə

 

Məlumata görə, müraciət edənlər rayonda olan “Turan” şadlıq sarayında keçirilən toyda iştirak ediblər. Onların toyda yedikləri qidalardan birindən zəhərləndikləri ehtimal olunur. Xəstəxanaya müraciət edənlərin sayının artacağı istisna edilmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi