Modern.az

Yeniyetmələrə verilən cəzalar liberallaşdırılacaq - Yeni SƏNƏD  

Yeniyetmələrə verilən cəzalar liberallaşdırılacaq - Yeni SƏNƏD   

Aktual

8 Sentyabr 2017, 14:40

Milli Məclisin payız sessiyasında "Yuvenal ədliyyə haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarıla bilər.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rövşən Rzayev Modern.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, qanun layihəsinin hazırlanmasına bir neçə il əvvəl başlanılıb.

"Sənədin ilkin variantı tam  hazırlanaraq müvafiq qurumlara təqdim olunub. Həmin qurumlar təkliflərini verdikdən və işlər tam yekunlaşdıqdan sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunacaq”.

R.Rzayev qeyd edib ki, "Yuvenal ədliyyə haqqında” qanun ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı mövcud problemlərin həlli istiqamətinə yönəlib.

“Yeni qanun layihəsində uşaqlara və yetkinlik yaşına çatmayanlara verilən cəzaların liberallaşdırılmasını nəzərdə tutulur. Həmçinin layihədə alternativ cəzalardan istifadə etmək qeyd edilib. Qanun layihəsində həmçinin hakimlərlə, vəkillərlə bağlı məsələlər var”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi