Modern.az

Paytaxtda mənzildən kişi meyiti tapıldı

Paytaxtda mənzildən kişi meyiti tapıldı

Aktual

9 Sentyabr 2017, 20:21

Bu gün axşam saatlarında Bakının Nərimanov rayonundakı mənzillərdən birində kişi meyiti tapılıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata görə, Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb. Mənzildə 1967-ci il təvəllüdlü Borsiyok Vadim Sergeyeviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi