Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib. Modern.az xəbər verir ki, həftənin açılış matçında “İnter” “Kəpəz”lə qarşılaşıb. Amma oyunda möhtəşəm qol qeydə alınıb. Qonaqların futbolçusu Kərim Diniyev təxminən 65 metr məsafədən “İnter”in qapısına qol vurub. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.