Modern.az

Ağstafada toydan çıxan gənclər arasında kütləvi dava

Ağstafada toydan çıxan gənclər arasında kütləvi dava

10 Sentyabr 2017, 00:08

Ağstafada toydan çıxan bir qrup şəxs arasında söyüş üstündə kütləvi dava olub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qırlı kəndində baş verib.

Dava kənddə keçirilən toy mərasimindən çıxmış bir qrup şəxs arasında dava düşüb. Nəticədə söyüş söyən şəxs, Qırlı kənd sakini, 1982-ci il təvəllüdlü Ramin İsrafil oğlu Məmmədov möhkəm döyülüb və burnu sındırılıb. Yaralı xəstəxanaya yerləşdirilib və hazırda həkimlər tərəfindən əməliyyat edilərək Travmatologiya şöbəsində müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi