Sumqayıtdakı orta məktəbdən 18 ədəd detonator tapılıb

Sumqayıtdakı orta məktəbdən 18 ədəd detonator tapılıb

4 Sentyabr 2009, 16:04

Fövqəladə Hallar Nazirliyinə Sumqayıt şəhərində, orta məktəbin zirzəmisində, içərisində partlamamış döyüş sursatının olduğu ehtimal edilən şübhəli əşya aşkarlanması barədə məlumat daxil olub. Dərhal dazirliyin müvafiq xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin məlumatına görə, xilasedicilər hadisə yerinə toplaşmış insanları təhlükəsiz məsafəyə uzaqlaşdırdıqdan sonra, nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə şübhəli bilinən polietilen torbaya baxış keçiriblər. Torbada 18 ədəd elektron detonatorun olduğu müəyyən edilib. Aşkarlanmış detonatorlar aidiyyəti üzrə təhvil verilib. Hadisə yerinə əlavə baxış zamanı digər şübhəli əşya aşkar edilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna Rusiya aerodromlarını vurdu