Modern.az

Qalada yol qəzası – Ölən və yaralananlar var

Qalada yol qəzası – Ölən və yaralananlar var

Aktual

11 Sentyabr 2017, 18:07

Xəzər rayonunun Qala qəsəbəsi ərazisində 1 nəfərin ölümü, 3 nəfərin isə yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, sentyabrın 10-da saat 15 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Ələddin Şovqatovun idarə etdiyi “VAZ-2106” və Rac Əliyevin idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub.

 

Qəzanın baş verməsi nəticəsində Ə.Şovqatovun sərnişinlərindən nəvəsi Müsab hadisə yerində ölüb, özü və digər 1 sərnişini, habelə R.Əliyev xəstəxanaya yerləşdiriliblər.

Xəzər RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi