Modern.az

Lənkəranda toydan çıxan sürücü qəzaya düşdü: 1 ölü, 2 yaralı - Yenilənib

Lənkəranda toydan çıxan sürücü qəzaya düşdü: 1 ölü, 2 yaralı - Yenilənib

Aktual

11 Sentyabr 2017, 22:51

Lənkəranda baş verən ağır yol qəzasının bəzi təfərrüatları, həmçinin ölən və yaralananların adları məlum olub. Modern.az "Report"a istinaən xəbər verir ki, hadisə eyni toyda iştirak edən maşınların toqquşması nəticəsində baş verib.

Maşınlardan biri toydan çıxıb evə gedən zaman digər avtomobil həmin şənlikdə iştirak edən qızını götürməyə gəlirmiş.

Qəza zamanı "VAZ-2106" markalı minik maşınının sürücüsü Əliyev Qalib Fərəməz oğlu ölüb, qızı Əliyeva Rumiyyə isə xəsarət alıb.

Digər yaralı isə "Mercedes"in sürücüsü Rzayev Zaur Kamal oğludur. Onların hər üçü Lənkəran rayon Avrora kənd sakinləridirlər.

 

22:04

 

Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində ağır yol qəzası baş verib. Modern.az "Report" xəbər verir ki, "VAZ-2106" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 2-si yaralanıb.

 

Ölən "VAZ"ın sürücüsüdür. "Mercedes"in sürücüsü isə xəsarət alıb. Digər yaralının hansı maşında olduğu bilinmir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU