Modern.az

Bakıda ağır qəza: 2 ölü, 8 yaralı...

Bakıda ağır qəza: 2 ölü, 8 yaralı...

Aktual

12 Sentyabr 2017, 12:21

Sentyabrın 10-da saat 15 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Ələddin Şovqatovun idarə etdiyi “VAZ-2106” və Rac Əliyevin idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

 

Ə.Şovqatovun sərnişinlərindən nəvəsi Müsab hadisə yerində ölüb, özü və digər 3 sərnişini, habelə R.Əliyev və 5 sərnişini xəstəxanaya yerləşdiriliblər. R.Əliyevin sərnişinlərindən Sevda Abdullayeva orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi