Modern.az

Cəlilabadda torpaq sürüşdü, qədim yaşayış məskəni tapıldı

Cəlilabadda torpaq sürüşdü, qədim yaşayış məskəni tapıldı

12 Sentyabr 2017, 17:39

Cəlilabad rayonunun Buravar kəndində təpəlik olan ərazilərdə torpaq sürüşməsi nəticəsində qədim məzarlıq və yeni yaşayış məskəni aşkar edilib.

 

Azərbaycan Milli Elmlər Akademiyasından Modern.az-a verilən məlumata görə, ərazidə qədim dövrə aid xeyli sayda baş daşları, çoxlu soba və kül qalıqlarının aşkar edilməsi buranın qədim yaşayış məskəni olduğunu bir daha sübut edir.

 

Tarixçilər ərazidəki əksər əşyaların gildən hazırlandığını və tapılmış maddi-mədəniyyət nümunələrinin tunc dövrünə aid olduğunu bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi