Modern.az

Təbriz-Bakı reysində həyəcan yaşanıb

Təbriz-Bakı reysində həyəcan yaşanıb

12 Sentyabr 2017, 23:07

Təbrizdən Bakıya uçan təyyarədə nasazlıq yaranıb. Modern.az axar.az-a istinadən xəbər verir ki, ATA hava yollarına məxsus, 160 sərnişin olan təyyarə bu gün Təbriz-Bakı reysini həyata keçirmək üçün havaya qalxsa da, qısa zaman sonra geri qayıtmağa məcbur olub. Belə ki, havaya qalxandan az sonra təyyarə motorlarından birinə quş daxil olub. Nəticədə, mühərrikin sıradan çıxma təhlükəsi səbəbindən təyyarə yenidən Təbriz limanına enib.

Sərnişinlərin yerli vaxtla saat 20:00-da başqa təyyarə ilə Bakıya yola salınacağı bildirilsə də, onların hələ də Təbriz hava limanında gözlədiyi vurğulanır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi