Modern.az

AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri başlayır  

AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri başlayır  

13 Sentyabr 2017, 09:43

Bu gündən Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin Azərbaycana səfəri başlayır.

 

Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az-a deyib ki, həmməruzəçilər Stefan Şennak və Sezar Florin Preda sentyabrın 13-17-də Azərbaycanda səfərdə olacaqlar.

 

Həmçinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin katibi Delfin Freyman da Azərbaycana səfər edəcək.

 

Səfər zamanı AŞPA Monitorinq Komitəsinin katibi və həmməruzəçiləri Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri , parlamentin sədri Oqtay Əsədovla və rəhbər vəzifəli şəxslərlə görüşlər keçiriləcək.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi