Modern.az

İraq kürdləri Kərkükə qoşun yeridib

İraq kürdləri Kərkükə qoşun yeridib

13 Sentyabr 2017, 10:34

İraqdakı kürd peşmərgələri Kərkük bölgəsində hərbi güclərini artırır. Modern.az xəbər verir ki, bu barədə şiə siyasətçisi Məhəmməd əl-Bayati deyib.

 

Şiələrin hərbləşdirilmiş “Bədr” təşkilatına üzv olan əl-Bayati Ərbildən çıxan hərbi texnikanın Kərküklə yanaşı, Dakuk, Tuz-Hurmat və s. şəhərlərdə yerləşdiyini də bildirib. Bölgədə kürdlərlə yanaşı, ərəb və türkmanların da çoxluq təşkil etdiyini xatırladan iraqlı siyasətçi real müharibə təhlükəsindən danışıb.

“Bu güclər referendum keçirmək üçün deyil, ərəb və türkmənlərin azadlıq səsini boğmaq üçün isitfadə olunur”.

 

Qeyd edək ki, İraq Kürdüstanı sentybarın 25-də müstəqillik haqda referendum keçirəcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi