Modern.az

Müdafiə Nazirliyinin mətbuat xidməti: “Hərbi paradla bağlı məlumatı biz verməmişik”

Müdafiə Nazirliyinin mətbuat xidməti: “Hərbi paradla bağlı məlumatı biz verməmişik”

Təhsil

31 May 2011, 11:40

“Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə iyunun 26-da Bakıda hərbi paradın keçiriləcəyi barədə informasiyanı mediaya biz verməmişik”.Bu sözləri Modern.az saytına 26 iyunda Silahlı Qüvvələr Günü “Azadlıq” meydanında hərbi paradın keçiriləcəyi barədə yayılan informasıyanı şərh edərkən Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev deyib. Onun sözlərinə görə, hərbi paradın keçiriləcəyi barədə hələki dəqiq məlumat yoxdur.
“Dəqiq məlumat olduqdan sonra biz bu barədə KİV-lərə məlumat yayacağıq. Hələki dəqiq heç nə yoxdur. Hərbi paradın keçiriləcəyi barədə yayılan məlumatı biz verməmişik”-deyə mətbuat xidmətinin sözçüsü bildirib. 

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə paytaxtda indiyə qədər cəmi iki parad keçirilib. 1992-ci ildə keçirilən əsgəri rəsmi keçid Qarabağ müharibəsinin ən ağır vaxtlarında təşkil edilib.
26 iyunda baş tutan ikinci hərbi parad 2008-ci ildə təşkil olunub.

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular