Modern.az

Tanınmış kinooperatorun yubileyi qeyd ediləcək  

Tanınmış kinooperatorun yubileyi qeyd ediləcək   

13 Sentyabr 2017, 17:05

Tanınmış kinooperator, ömrünün 35 ilini “Salnamə” studiyasında sənədli və xronika filmləriin çəkilişinə həsr etmiş Rafael Salamzadənin 75 yaşı tamam olur.
Rafael Salamzadə Azərbaycanın müstəqilliyii uğrunda xalq hərəkatını, Qarabağ müharibəsi, 20 Yanvar və meydan hadisələrini, ölkəmizdə baş verən taleyüklü olayları lentə alıb.

Bu barədə Modern.az-a məlumat verən rejissor Tahir Tahiroviç onu da bildirib ki, ustad sənətkar 40-dan çox ekran əsərinin, o cümlədən "Azadlığa gedən yol", "Meydan", "Ulu diyarın harayı", "Hüseyn Cavid" , "9 dəqiqə" kimi populyar sənədli filmlərin quruluşçu operatoru olub.

R.Salamzadənin Azərbayvan kino salnaməsinin zənginləşməsində özünəməxsus rolundan da danışan T.Tahiroviç deyib ki, sabah yaxın həmkarları qocaman sənətkarın yubileyini qeyd edəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub