Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadəyə ağır itki üz verib. Deputatın yaxınlarının Modern.az saytına verdiyi məlumata görə, mayın 30-da Arif Rəhimzadənin həyat yoldaşı Aida xanım dünyasını dəyişib. Mərhum uzun müddətdir xəstə yatırmış. Aida xanım bu gün İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
İyunun 2-də Təzəpir məscidində mərhumun hüzr mərasimi keçiriləcək.
Modern.az