Modern.az

Sanitariya haqqında qanunvericilik dəyişdirilir

Sanitariya haqqında qanunvericilik dəyişdirilir

14 Sentyabr 2017, 15:43

“Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişikliklərin edilməsi təklif edilir.

 

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, qanuna əlavəyə əsasən, əhalinin sanitariya-epidemioloji salamatlılığının təmin edilməsi sahəsində elmi tədqiqatların qiymətləndirilməsini və əlaqələndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat həyata keçirəcək.

 

Həmçinin, əhalinin sanitariya-epidemioloji salamatlılığının təmin edilməsi sahəsində elmi tədqiqatlar “Elm haqqında” qanun ilə müəyyən edilən qaydada həyata keçiriləcək.

 

Qanuna dəyişiklik Milli Məclisin iclasında müzakirə ediləcək.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi