Modern.az

Hacıqabulda piyada vuruldu: 2 ölü

Hacıqabulda piyada vuruldu: 2 ölü

14 Sentyabr 2017, 22:02

Hacıqabulda iki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yerləşən körpünün üstündə baş verib. Ağcabədi sakini Məmmədov Əhədin idarə etdiyi  99 XA 337 dövlət nömrə nişanlı "İnfiniti" markalı avtomobil yolu keçən iki piyadanı vurub.

 

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan Hacıqabul sakinləri Ağayev İmran Əlipaşa oğlu və onun həyat yoldaşı Əliyeva Rəqiyyə Əziz qızı hadisə yerində keçiniblər.

 

Sürücü saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi