Modern.az

Mübahisə edən ərlə arvadı sakitləşdirən qonşu öldürüldü

Mübahisə edən ərlə arvadı sakitləşdirən qonşu öldürüldü

14 Sentyabr 2017, 23:49

Bu gün axşam saatlarında Astara rayonunun Ərçivan kəndində törədilən qətl hadisəsinin təfərrüatları məlum olub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Yerli sakinlərin bildirdiklərinə görə, 1969-cu il təvəllüdlü Rəhimov Əfqan Tariel oğlu ailə münaqişəsi zəminində 1968-ci il təvəllüdlü həyat yoldaşı Rəhimova xanım Yədullah qızı ilə mübahisə edib. Bu zaman səsə qonşuluqda yaşayan 1985-ci il təvəllüdlü Kərimov Ağarəhim Əbdülrəhim oğlu gəlib. Gənc oğlan ər və arvadı sakitləşdirmək istəyərkən kişi əvvəlcə qadını, daha sonra Ə.Rəhimovu bıçaqlayıb.

Yaralıların hər ikisi Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, döş qəfəsindən vurulan A.Kərimovun həyatını xilas etmək mümkün olmayıb.

Polis tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxs saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi