Bu gün Azərbaycanda Bilik Günüdür. Modern.az saytı xəbər verir ki, yeni tədris ilində Bakının ümumi təhsil məktəblərində 395 773 şagird oxuyacaq. Həmçinin, paytaxt məktəblərində I sinifdə 46 000-dən çox uşağın təhsil alacağı gözlənilir. Bu il ölkənin orta məktəblərində isə bütün siniflər üzrə 1 445 049 şagird təhsil alacaq.Eyni zamanda, 2017-2018-ci dərs ilində 212 məktəbdə 499 təmayül sinfin təşkil olunması nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlanır və bu tarix Bilik Günü kimi qeyd olunur.