Modern.az

Bu gün zəvvarlarımızın sonuncu qrupu geri dönür

Bu gün zəvvarlarımızın sonuncu qrupu geri dönür

15 Sentyabr 2017, 08:44

Azərbaycandan Həcc mərasimi üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə qayıdır.

 

Modern.az xəbər verir ki, zəvvarları gətirən təyyarə bu gün Bakıda yerə enəcək.

 

Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, zəvvarların ziyarəti zamanı hər hansı bir problem yaşanmayıb, ziyarət nəzərdə tutulduğu qaydada həyata keçirilib.

 

Bundan əvvəl digər zəvvarlar sentyabrın 12, 13 və 14-ü Azərbaycana qayıdıblar.

 

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi