Modern.az

Bakıdakı qəbiristanlıqlarda dəfn üçün yerlər dolub  

Bakıdakı qəbiristanlıqlarda dəfn üçün yerlər dolub   

15 Sentyabr 2017, 10:52

Bakıdakı məzarlıqlarda yer problemi həmişə olub, indi də var. Bəzən ölüsünü dəfn etmək istəyənlər qəbiristanlıqlarda yer ala bilmədiyindən çarəsiz qalır, mərhumu doğulduğu rayonda
torpağa tapşırmağa məcbur olur.

Bakıda tamamilə dolan qəbiristanlıqlar varmı?

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov Modern.az-a bildirib ki, mərkəzdə yerləşən məzarlıqlarda sıxlıq müşahidə olunsa da, tamamilə dolan qəbiristanlıqlar yoxdur:

“Bilirsiniz ki, bizim trestə 32 qəbiristanlıq daxildir. Bunlar 1 və 2 saylı Şəhidlər Xiyabanı, 1 və 2 saylı Fəxri Xiyaban, 1 və 2 saylı Dağüstü, Keşlə, Hövsan, Qaraçuxur, 8-ci kilometr, 1-ci və 2-ci Zabrat, 1-ci, 2-ci və 3-cü Biləcəri, Əhmədli, 7-ci mikrorayon, Maştağa, Binəqədi kənd, Buzovna, Şüvəlan, Bakıxanov, Mərdəkan, Bilgəh, Yanardağ, Pirşağı, Sabunçu, “Qurd qapısı“ adı ilə məşhur olan ümumşəhər Yasamal qəbiristanlıqlarıdır”.


Müsahibimiz deyib ki, umumiyyətlə, şəhərin mərkəzindəki qəbiristanlıqlarında çox sıxlıqdır. Baxmayaraq ki, onları tamailə dolmayıb, amma artıqorda yer almaq çətindir.

"Belə hallar əsasən şəhərin mərkəzindəki “Yasamal”, “Qurd qapısı” “Dağüstü”  kimi tanıdığımız qəbiristanlıqlardadır ki, onlarda yer azalıb.

Amma Bakıda tamamilə dolan qəbiristanlıqlar yoxdur. Şəhər kənarındakı qəbiristanlıqlarda boş yerlər tapmaq mümkündür. Hövsan, Zabrat, Mərdəkan və bu kimi digər hissələrdə yerlər var”.

Baş mühəndis qeyd edib ki, sıxlığa görə ərazisi genişləndirilən hər hansı qəbirstanlıq da yoxdur:

“Bütün qəbiristanlıqlar müəyyən edilmiş hasarın daxilindədir. Təbii ki, gələcəkdə yeni qəbiristanlıqlar salınan zaman bu cür problemlər aradan qaldırılacaq”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi