Modern.az

Daha bir Azərbaycan vətəndaşı İnterpolun axtarışında

Daha bir Azərbaycan vətəndaşı İnterpolun axtarışında

15 Sentyabr 2017, 11:11

İnterpol daha bir Azərbaycan vətəndaşı barədə axtarış elan edib.

 

Trend-in məlumatına görə, barəsində axtarış elan olunan şəxs 1959-cu il təvəllüdlü, Bakıda anadan olmuş İvan Smaqliy Nikolayeviçdir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda törədildikdə) maddəsi ilə ittiham olunub.

 

İ.Smaqliy Azərbaycanın məhkəmə orqanı tərəfindən istintaqa cəlb edilsə də, təqsirləndirilən şəxs istintaqdan yayınıb. Məhkəmə onun barəsində axtarış edib və İnterpola müraciət olunub. İnterpol həmin məhkəmə qərarı ilə İ.Smaqliy barəsində beynəlxalq axtarış elan edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi