Modern.az

Cocuq Mərcanlıda BİLİK günü - Əli Həsənov da kəndə getdi  

Cocuq Mərcanlıda BİLİK günü - Əli Həsənov da kəndə getdi   

15 Sentyabr 2017, 12:42

Bu gün Azərbaycanda “Bilik günü”dür. Bu günü qeyd etmək Cəbrayılın işğaldan azad olunan Cocuq Mərcanlı kəndində də illər sonra nəsib olub.

Sentyabrın 15-də, 24 il sonra 60-a yaxın məktəbli Cocuq Mərcanlı kənd orta məktəbinə yollanıb.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimovun Modern.az-a verdiyi məlumata görə, tədbirdə sədr Əli Həsənov da iştirak edib. Ə.Həsənov Bilik günü ilə bağlı şagirdlərə uğurlar arzulayıb.

Qeyd edək ki, birinci mərhələdə Cocuq Mərcanlı kəndində 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış köçkünlər köçürülüb. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlərdə 50 ailə yaşayır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi