Modern.az

Rusiyada Ermənistanın Azərbaycana qarşı təxribatının qarşısını aldı

Rusiyada Ermənistanın Azərbaycana qarşı təxribatının qarşısını aldı

15 Sentyabr 2017, 12:46

Sentyabrın 11-də “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin ilk günü ermənilər tərəfindən Ermənistan stendində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının yerləşdirilməsinə cəhd edilib.

 

Bu barədə Modern.az-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Rəsmi məlumata görə, Azərbaycan nümayəndə heyətinin, Azərbaycanın Rusiyadakı Səfirliyinin birgə fəaliyyəti və operativ müdaxiləsi nəticəsində növbəti erməni təxribatının qarşısı alınıb və bayraq sərgidən yığışdırılıb.

 

Qeyd edək ki, sərginin təşkilatçısı ITE Group da Azərbaycan tərəfinin qaldırdığı məsələyə anlaşıqlı yanaşıb və lazımı dəstək göstərib

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi