Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda aksiz markası olmayan siqaret və arağın realizə edilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Mercedes-Benz Vito" markalı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb.
Azərbaycan Respublikasının vətəndaşı Bəxtiyar Hüseynovun idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı, orada siqaret və araqların olduğu müəyyən edilib. Daha sonra Tovuz Gömrük İdarəsinə gətirilən avtomobilə ətraflı baxış keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində olan iki çantada və yük yerinin qapısının örtüyünün altında cəmi 37. 600 ədəd "Marlboro", "Davidof", "Parliament silver blue" və "Parliament aqua blue" markalı siqaret və 40 ədəd "Russkiy standart" adlı araq aşkar edilib.