Modern.az

Fidel Kastronun oğlu Bakı Dövlət Universitetində olub (FOTO)

Fidel Kastronun oğlu Bakı Dövlət Universitetində olub (FOTO)

Təhsil

31 May 2011, 17:52


Kuba inqilabının öndəri Fidel Kastro Ruzun oğlu, Kuba Respublikası Dövlət Şurasının elmə işlər üzrə məsləhətçisi fizika-riyaziyyat elmləri doktoru  Fidel Kastro Dias-Balart Bakı Dövlət Universitetində olub, rektor, akademik Abel Məhərrəmovla görüşüb. O, qeyd edib ki, təmsil etdiyi ölkə təbiət elmləri, xüsusilə bu elmlər üzrə magistrant və doktorantların hazırlanması sahəsində əməkdaşlıqda daha çox maraqlıdır.     

Akademik Abel Məhərrəmov Azərbaycan xalqının Kubaya rəğbət bəslədiyini qeyd edərək, BDU-nun Kuba ilə elm və təhsil sahəsində əməkdaşlığa məmnuniyyətlə hazır olduğunu, bu sahədəki əməkdaşlığın əsasının hələ sovet vaxtından qoyulduğunu bildirib. Azərbaycan və Kubada eyni elmi məktəbin olmasına diqqət yetirən rektor, bu əməkdaşlığın səmərəli olacağına inandığını bildirib.     

Kubadan gələn qonaqlar Bakı Dövlət Universitetinin nanotexnologiyalar üzrə nailiyyətlərinə xüsusi diqqət yetiriblər.  Fidel Kastro Dias-Balartın sözlərinə görə, Kuba nanotexnologiyaların öyrənilməsi sahəsində dünya tendensiyalarından kənarda qalmaq istəmir. Kubadan gələn heyət BDU-nun Nano Araşdırmalar Mərkəzi və müxtəlif kafedraların, elmi-tədqiqat laboratoriyalarında olub, xoş təəssüratla ayrılıblar.    


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular