Modern.az

TÜRKPA Türkiyədə parlament seçkilərini müşahidə edəcək

TÜRKPA Türkiyədə parlament seçkilərini müşahidə edəcək

1 İyun 2011, 10:42

TÜRKPA beynəlxalq müşahidəçilər missiyası 12 iyun 2011-ci il tarixində  Türkiyə Cümhuriyyətində keçiriləcək parlament seçkilərini müşahidə edəcək. Missiyanın tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan parlamentlərinin millət vəkilləri və TÜRKPA Katibliyinin əməkdaşları  daxildir.

TÜRKPA beynəlxalq müşahidəçilər missiyası Türkiyədə keçiriləcək parlament seçkilərinin hazırlıq prosesini və seçkiləri Ankara şəhərində izləyəcək.

TÜRKPA nümayəndə heyətinin Türkiyə Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasında görüşünün keçiriləcəyi də nəzərdə tutulub.

Seçkilərdən sonra TÜRKPA missiyası seçkilərin yekununa dair rəsmi hesabatını beynəlxalq təşkilatlara, həmçinin mətbuata təqdim edəcək.

Qeyd edək ki, Türkiyədə keçiriləcək parlament seçkilərini ATƏT və Avropa Şurasının beynəlxalq müşahidəçiləri də izləyəcək.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular