Modern.az

Ter-Petrosyan: “Rusiyanın Qarabağ probleminin həlli üçün səyləri həlledici mərhələyə daxil olub”

Ter-Petrosyan: “Rusiyanın Qarabağ probleminin həlli üçün səyləri həlledici mərhələyə daxil olub”

1 İyun 2011, 10:45

“Qarabağ münaqişəsinin hazırkı status-kvonun saxlanması üçün resurslar tükənmək üzrədir”. Bu barədə Ermənistan müxalifətinin lideri, eks-prezident Levon Ter-Petrosyan bəyan edib. Modern.az “Armenia Tudey” saytına istinadən bildirir ki, eks-prezident tərəfdarları qarşısında çxış edərkən qeyd edib ki, üç prezidentin “Dovil bəyanatı” bunu bir daha təsdiq edir.

Ter-Petrosyanın sözlərinə görə, Rusiyanın Qarabağ problemini həlli üçün edilən səyləri artıq həlledici mərhələyə daxil olub. Bununla yanaşı o qeyd edib ki, bu səylər uğursuzluğa da düçar olaraq iflasa uğraya bilər.
“Bu halda müharibə təhlükəsi daha real ola bilər. Ermənistan hakimiyyəti bu gün çətin vəziyyətə düşüb. Onlar başa düşürlər ki, xalqın nifrətinin belə güclü olduğu zamanda münaqişənin həllində hər hansı güzəştə gedə bilməzlər. Digər tərfədən güzəşt olmasa, müharibə ehtimalı artır. Hakimiyyət isə bilir ki, müharibəni apara bilməyəcək”. 

Eks-prezident bəyan edib ki, Qarabağ amili daxili siyasətdə hələ uzun müddət əsas faktor kimi qalacaq. Ter-Petrosyanın sözlərinə görə, məhz Qarabağ münaqişəsinin həlli Ermənistan hakimiyyətinin müxalifətə qarşı sərt mövqeyinin yumşalmasına səbəb olub.
“Son aministiya və müxalifət fəallarının azad edilməsi ilə hakimiyyət xalqın rəğbətini qazanmaq istəyir”-deyən eks-prezident bəyan edib ki, yaxın vaxtlarda iqtidarda gurultulu istefaların şahidi olacaq.

Ter–Petrosyan bildirib ki, “əgər Azərbaycan tərəfdən müharibə təhlükəsi reallaşsa, o zaman müxalifət müvəqqəti olaraq fəaliyyətini dayandırıb vətənin müdafiəsinə qalxacaq”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular