Modern.az

Gürcüstanda sovet məmuru işləmiş şəxslərə vəzifə tutmaq qadağan edildi

Gürcüstanda sovet məmuru işləmiş şəxslərə vəzifə tutmaq qadağan edildi

1 İyun 2011, 11:27

Gürcüstanda yeni qəbul edilmiş qanuna görə, keçmiş sovet məmurları və partiya funksionerlərinə dövlət vəzifələri tutmaq dadağan edilib.

Modern.az gürcü KİV-lərinə istinadən bildirir ki, “Azadlıq Xartiyası” adlanan bu sənədə görə, dövlət postu tutması qadağan edilmiş vətəndaşların kateqoriyası müəyyənləşib.

Qanuna görə, SSRİ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşları, partiya və komsomol işçiləri dövlət postlarını tuta bilməzlər. Onlar üçün bütün yüksək vəzifə tutmaq imkanalarının qarşısı alınıb: bu şəxslər Nazirlər Kabinetində, hökümət və parlament aparatında, və təhlükəsizlik Şurasinda işləyə bilməzlər. Bundan başqa, bu kateqoriyaya düşən şəxslərə məhkəmə hakimi, ali məktəbdə kafedra müdiri və güc strukturlarında vəzifə tutmaq da qadağan edilib. Hazırda bu vəzifələrdə işləyən şəxlər bir ay müddətinə postlarından istefa verməlidirlər. Əks təqdirdə, onlar barədə məlumatlar ictimaiyyətə açıqlanacaq. Xüsusi xidmətlə əməkdaşlıq edən şəxslər əgər seçkilərə qatılmaq istəyirləsə, o zaman əvvəlcədən bu barədə məlumat açıqlamalıdırlar.

“Azadlıq Xartiyası” ölkədə faşist və kommunist simvollarına da qadağan edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər