Milli Məclisin təşəbbüsü ilə “Parlament kuboku-2011” futbol turnirinin qrup mərhələsi yekunlaşıb. Bakı Dövlət Universitetinin İdman kompleksində keçirilən turnirin qrup mərhələsində 12 dövlət qurumunun futbol komandası yarışırdı.
4 qrupda dairəvi sistem üzrə keçirilən yarışmanın iştirakçıları Milli Məclis, Konstitusiya Məhkəməsi, Prezident Administrasiyası, Xarici İşlər, Vergilər, Nəqliyyat, İqtisadi İnkişaf, Ədliyyə, Səhiyyə, Rabitə və informasiya texnologiyaları, Ekologiya və təbii sərvətlər nazirliklərinin və Ali məhkəmənin futbol komandaları idi.
Modern.az xəbər verir ki, qrup mərhələsinin yekununda 4 komanda mübarizəni dayandırıb. Öz qruplarında sonuncu pilləni tutan komandalar yarışdan kənarda qalarkən, qruplarında ilk iki pilləni tutan kollektivlər mübarizəni yarışın növbəti ¼ final mərhələsində davam etdirəcəklər.
Beləliklə ¼ final mərhələsinin cütlükləri aşağıdakı kimi formalaşıb:
1 cüt. Milli Məclis - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
2 cüt. Prezident Administrasiyası - Xarici İşlər Nazirliyi
3 cüt. Ədliyyə Nazirliyi - Vergilər Nazirliyi
4 cüt. Nəqliyyat Nazirliyi - Səhiyyə Nazirliyi .
Dünən ¼ final mərhələsinin ilk cütlüyü qarşılaşıb. Milli Məclis - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi matçında parlament təmsilçiləri 3:2 hesabı ilə qalib gəliblər.
Modern.az