Modern.az

Bakıda kütləvi davada 2 nəfər bıçaqlandı

Bakıda kütləvi davada 2 nəfər bıçaqlandı

Aktual

18 Sentyabr 2017, 00:45

Bakıda 2 nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava olub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Müşviqabad qəsəbəsində 6 nəfər arasında əlbəyaxa dava olub. Nəticədə 1992-ci il təvəllüdlü Əhmədov Emil Elşən oğlu və həmyaşıdı Rəvan Həsənov bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onların hər ikisinin vəziyyəti ağırdır.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi