Modern.az

Parlament müxalifəti DSK-dakı yerləri artıq bölüşdürüb

Parlament müxalifəti DSK-dakı yerləri artıq bölüşdürüb

1 İyun 2011, 12:45

Milli Məclisin azlıqda qalan siyasi partiyaları Dairə Seçki Komissiyaları üzrə namziədlərini razılaşdırıb. Bu barədə Modern.az-a MSK-nın katibi Mikayıl Rəhimov bildirib. Onun sözlərinə görə, bütün yerlər qarşılıqılı razılaşma yolu ilə bölüşdürülüb.

“Bu namzidələr MSK-da təmsil olunan altı üzvün razılığı ilə müəyyən olunub və siyahı razılaşdırlıb. İndi MSK-nın iclasını gözləyirik. İclasdan əvvəl yığışıb bu qərarı rəsmiləşdirəcəyik və protokolu MSK-ya təqdim edəcəyik”-deyə MSK rəsmisi vurğulayıb. Mikayıl Rəhimovun sözlərinə görə, yerlər bölünərkən siyasi qüvvələr arasında heç bir narazılıq yaranmayıb. 

Qeyd edək ki, 2010-cu ildə keçirilən parlament seçkiləri nəticəsində 6 siyasi partiya Milli Məclisə keçib. Qanunvericiliyə görə, BXCP, Ədalət, Demokratik İslahatlar Partiyası, Ümid, VHP, Böyük Quruluş partiyaları Dairə Seçki Komisisyalarının tərkibinin formalaşmasında iştirak edir. Bu partiyalar hər dairə üzrə üç nəfərin namizədəliyini təklif edir.

Modern.az   

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər